"The Times" - Avropalı liderlər Donald Trampı Ukraynanı müdafiə etmək üçün Rumıniyaya "F-35" tipli qırıcıları yerləşdirməyə çağırırlar
"The Times" - Avropalı liderlər Donald Trampı Ukraynanı müdafiə etmək üçün Rumıniyaya "F-35" tipli qırıcıları yerləşdirməyə çağırırlar

 

“The Times” nəşri yazır ki, nüfuzlu avropalı hərbçilər NATO-nun Avropada ən böyük hava bazasını tikdiyi Rumıniyaya Amerikanın “F-35” qırıcılarının yerləşdirilməsi planını müzakirə edirlər, bu da Rusiyanı Ukraynaya təkrar müdaxilədən çəkindirməlidir.

Amerika qırıcıları ilə birlikdə, Avropa ölkələri gələcəkdə Ukraynada kəşfiyyat üçün Amerika peyklərindən istifadə edə biləcəklərinə dair təminat istəyirlər. Onlar həmçinin ABŞ-dan Ukraynanı hava hücumundan müdafiə sistemləri üçün lazım olan raketlərlə təmin edəcəyinə dair təsdiq istəyirlər. Bununla yanaşı, ABŞ kəşfiyyat təyyarələrinin Qara dənizin üzərində uçuşları davam etdirməsinə icazə versin.

Britaniyalılar Ukraynada müharibə başladığından bəri “River Joint” tipli təyyarələrlə belə uçuşları həyata keçirirlər. Lakin “Boeing”in istehsalı olan bu təyyarələrin uçuşu üçün ABŞ-nin icazəsi mütləqdir.

Məlumat üçün bildirək ki, bundan əvvəl Donald Tramp Ukraynada Amerika hərbi kontingentinin yerləşdirilməsini istisna edəcəyini bildirmişdi. Bununla yanaşı, Tramp qeyd edib ki, ABŞ Ukraynanın təhlükəsizlik təminatları çərçivəsində havadan dəstək verməyə hazırdır.