The New York Times – Vladimir Putin rus ordusunun Xersonu tərk etmək xahişi ilə razılaşmadı
“The New York Times” nəşrinin məlumatına görə, son bir neçə həftədir Rusiya prezidenti, Vladimir Putin Ukrayna müharibəsində strateji qərarları şəxsən qəbul edir.
Nəşr bu məlumatı Amerikalı yüksək rütbəli məmurlara əsaslanaraq yayır.
“The New York Times” nəşrinin məlumatına görə, Vladimir Putin rus ordusunun Xersonu tərk etmək xahişi ilə razılaşmadı
Məqalədə deyilir ki, Rusiya ordusu Xersondan geri çəkilməklə texnika və şəxsi heyəti saxlaya biləcəkdi, lakin belə bir geri çəkilmə Rusiyanın geri çəkilməsinə daha bir sübut olacaqdı.
Ukraynanın böyük şəhərlərindən biri olan Xerson ruslar tərəfindən fevral ayında ələ keçirilib və Moskvanın nəzarətində olan yeganə regional paytaxt olaraq qalır.
Nəşrin yazdığına görə, Rusiya prezidentinin elan etdiyi qismən səfərbərlik Putinin nəyin bahasına olursa-olsun qələbəyə fokus etməsi, Rusiya ordusunun isə, çaş-baş olması deməkdir.