“The Hill” – Donald Tramp seçkiöncəsi sorğuda ilk dəfə Kamala Harrisi üstələdi

14:42, 21.10.2024

 
Respublikaçılar partiyasının prezidentliyə namizədi Donald Tramp seçkiöncəsi sorğuda ilk dəfə olaraq vitse-prezident Kamala Harrisi üstələyib – bu haqda “The Hill” yazır.

Sorğunun nəticələrinə əsasən, Trampın prezident seçkilərində qalib gəlmək şansı 52%, Harrisin isə 42% şansı var.

Nəşrin qeyd etdiyi kimi, avqustun sonundan Harrisin qələbə şansı təxminən 54-56%, Trampınki isə 44-46% təşkil edirdi. Oktyabrın əvvəlində fərq azaldı – oktyabrın 17-də hər iki namizədin şansları təxminən bərabər idi, oktyabrın 20-də isə keçmiş prezident üstünlük qazandı.

Nəşrin yazdığı kimi, Trampın xeyrinə dəyişiklik onun Viskonsin və Miçiqan ştatlarında göstəricilərinin yaxşılaşması ilə bağlıdır.

Bununla yanaşı, Trampın Arizona, Corcia və Şimali Karolina ştatlarında kiçik üstünlüyü var.

2024-cü ilin seçkilərinin nəticələrinin müəyyən edilməsində həlledici rol oynaya biləcək yeddi ştatdan Harris yalnız Pensilvaniyada liderlik edir, lakin nəşr qeyd edir ki, proqnoza əsasən, yarış yenə də gözlənilməz olaraq qalır, çünki yeddi ştatın hamısında sorğuların nəticələri səhv marjası çərçivəsindədir. Yəni sorğuların tipik qeyri-dəqiqliyi nəticələri istənilən istiqamətdə əyə bilər.

Oxşar