Tetrisğaro Meriyasının məlumatına görə, koronavirusa yoluxmanın yeni halı həkimlər klasterinə aiddir, pasiyent evdə izolasiyada idi
Tetrisğaro Meriyasının məlumatına görə, koronavirusa yoluxmanın yeni halı həkimlər klasterinə aiddir, pasiyent evdə izolasiyada idi

Tetrisğaro meri, Giorgi Koridzenin məlumatına görə, koronavirusa yoluxmanın yeni halı həkimlər klasterinə aiddir.

Elə onun dediyinə görə, pasiyent evdə izolasiyada idi.

“Bu insan həkimlər klasterinə aiddir. O, evdə sərt izolasiyada idi. Sadəcə olaraq iki gün bundan əvvəl təkrar yoxlanıldı və koronavirusu təsdiq olundu. İnfeksiya Xəstəxanasına aparıldı”, – Giorgi Koridze bəyan etdi.

Koridzenin məlumatına görə, virusa yoluxanın vəziyyəti orta ağırdır.