Təşəkkür, Gürcüstan - ABŞ Səfirliyi Makkeynin xatirəsini yad edənlərə minnətdarlığını bildirir
ABŞ-ın Gürcüstandakı səfirliyi senator Con Makkeynin xatirəsini yad edənlərə minnətdarlığını bildirir.
“Gürcüstan prezidenti Giorgi Kvirikaşvili, baş nazir Mamuka Baxtadze, gürcü siyatçiləri, Gürcüstan vətəndaşları və başqa ölkənin diplomatları senator Con Makkeynin xatirəsini yad etmək üçün ABŞ Səfirliyinə gəldilər.
“Senator Con Makkeyn illər ərzində Gürcüstanı dəstəkləyirdi və gürcü xalqının dostu idi. Gürcüstan dostunu, Amerika isə – vətənpərvərini itirdi”, – səfirlikdə güllər ilə birlikdə qoyulan yazıda yazılmışdır.
“ABŞ Səfirliyi gürcü xalqının həmrəyliyini dəyərləndirir. Təşəkkür, Gürcüstan”, – səfirlik tərəfindən yayılan məlumatda deyilir.