Tercola Qızdırma Mərkəzində üç pasiyentdə koronavirus təsdiq olunmadı
Tercola Qızdırma Mərkəzində laboratoriyadan üç pasiyentin analizinin cavabını aldılar və üçünün də cavabı mənfidir, – bu barədə Gürcüstanın Birinci Kanalına klinikanın direktoru, Lado Kepuladze bəyan etdi.
Elə onun məlumatına görə, klinikada qızdırma ilə dörd yeni pasiyent yerləşdirilib, onların ikisindən artıq analizləri götürdülər və laboratoriyaya göndərdilər. İki pasiyentin analizini isə, günün sonunda götürəcəklər.