Teona Xubulova - fərqi yoxdur kim hansı medianı təmsil edir, bir-birimizə həmrəyik, birlikdəyik ki, insanlar peşə vəzifələrini yerinə yetirməkdən qorxmasınlar
Bu gün fərqi yoxdur kim hansı medianı təmsil edir, kimin hansı loqosu var, bir-birimizə həmrəyik, birlikdəyik ki, insanlar peşə vəzifələrini yerinə yetirməkdən qorxmasınlar, – bu barədə Gürcüstanın Birinci Kanalının jurnalisti, Teona Xubuulava hökumət administrasiyası qarşısında bəyan etdi. Burada da mediya nümayəndələri operator Lekso Laşkaravanən vəfat etməsi ilə bağlı aksiya keçirirlər.
“Biz – media nümayəndələri bu gün hökumət administrasiya qarşısında toplaşdıq. Müstəqil istəyirdik, biz tərəfdən təşkil olunsun aksiya, ki səsimiz eşidilsin. Bu gün fərqi yoxdur kim hansı medianı təmsil edir, hansı agentliyi təmsil edir, kimin hansı loqosu var. Bu gün burada bir-birimizə həmrəyik, birlikdəyik ki, insanlar peşə vəzifələrini yerinə yetirməkdən qorxmasınlar”, – Teona Xubulava bəyan etdi.
5 iyul hadisələri zamanı döyülən “Tv Pirvelinin” operatoru, Lekso Laşkarava vəfat etdi. Vəfat etmənin səbəbi bu vaxta qədər məlum deyil. Lekso Laşkarava klinikada bir neçə gün ərzində qalırdı. Bundan sonra onu evə buraxdılar.
Lekso Laşkaravanın vəfat etməsi faktı üzrə istintaq Gürcüstan Cinayət Məcəlləsinin 115-ci maddəsi ilə başladı.