Novak Cokoviç Paris 2024 Olimpiadasında kişilər arasında Olimpiya çempionu olub. Əfsanəvi serb iki setdə ispan Karlos Alkaraza qalib gəlib, 7:6, 7:6.
Final çox dramatik və möhtəşəm keçdi, matç ərzində fasilə olmadı və serb tay-breykdə rəqibini iki dəfə məğlub etdi.
Birinci setin taybreki 7:3 hesabı ilə başa çatıb, ikinci setin 13-cü oyununda Cokoviç 7:2 hesabı ilə qalib gəlib.
Nəticədə 37 yaşlı serb tennisçi karyerasında ilk dəfə olimpiya çempionu olub. 2008-ci ildə bürünc medal qazanıb.