Tengiz Tsertsvadzenin mülki dəfn mərasimi Sion Katedralində keçirilib
Tengiz Tsertsvadzenin mülki dəfn mərasimi Sion Katedralində keçirilib

Sion Katedralində immunoloq, professor, tibb elmləri doktoru Tengiz Tsertsvadzenin mülki dəfn mərasimi keçirilib.

Tengiz Tsertsvadzenin mülki dəfn mərasimində Gürcüstan prezidenti, hökumət və parlament üzvləri, eləcə də müxalifət nümayəndələri iştirak ediblər.

Tsertsvadze İnfeksion Patologiya, QİÇS və Kliniki İmmunologiya Mərkəzinin baş direktoru, Nyu-York Elmlər Akademiyasının üzvü, Amerika Yoluxucu Xəstəliklər Cəmiyyətinin üzvü, hepatit C-nin aradan qaldırılması üzrə dövlət proqramının əsas təşəbbüskarlarından biri, Prezidentin Fəxri Fərman Ordeninin kavaleridir. O, 3 oktyabr 2020-ci ildə COVID-19 pandemiyası ilə mübarizə aparan səkkiz həkimlə birlikdə Tbilisinin fəxri vətəndaşı adına layiq görülüb.