Tengiz Tsertsvadze - Peyvənd baxımından ölkədə kurioz var, təəccüblənirəm
Tbilisi Yoluxucu Xəstəliklər Xəstəxanasının direktoru Tenqiz Tsertsvadze, əhalinin bir hissəsinin öz sağlamlığına, həyatına və dolayısı ilə də dövlətə birbaşa sabotaj etdiyini söyləyir. Tsertsvadze deyir ki, aşılamanın aşağı olması onu təəccübləndirir.
“Peyvənd baxımından ölkədə kurioz var. Heyrətlənirəm. Bunu kimsə mənə desəydi və mən prosesə qarışmasaydım, inanmazdım. Ölkədə üç min yeni yoluxma halımız var, qaydaları yüngülləşdirdik, 30-40 ölümümüz var, üç milyon peyvəndimiz var, vaksinasiya üçün unikal bir şəbəkəmiz var və bu fonda gündəlik peyvənd sayı 3-4 min təşkil edir.
İlin sonuna qədər 65% aşılanmanı əldə etmək üçün hər gün 30-40 min adam aşılanmalıdır. Ümumilikdə 20 -%i iki dəfə aşılanıb, İsraildə isə 40 % üç dəfə peyvənd olunub. Peyvənd baxımından Gürcüstanda absurdluq teatrı var.Əhalinin bir hissəsi öz sağlamlığına, həyatına və nəticədə dövlətə birbaşa sabotaj edir” dedi Tsertsvadze.