Tenqiz Tsertsvadze - optimist proqnozlar özünü doğruldur, pik kəskin olmadı
Tenqiz Tsertsvadze - optimist proqnozlar özünü doğruldur, pik kəskin olmadı

Ekspertlərin qeyd etdiyi optimist proqnozlar özünü doğruldur, pik kəskin olmadı, – bu haqda Yoluxucu Xəstəliklər Xəstəxanasının direktoru, Tenqiz Tsertsvadze bəyan etdi.

Onun dediyinə görə, son günlərdə koronavirusa yoluxan pasiyentlərin sayı yavaş-yavaş azalır.

“Bu gün üçün ölkədə 626 pasiyent var. Son günlərdə pasiyentlərin sayı azalır. Ekspertlərin, aprel ayının sonu üçün pik, daha sonra platonun olacağı, sonda isə göstəricilərin aşağı düşəcəyi ilə bağlı qeyd etdiyi optimist proqnozlar özünü doğruldur. Hazırda platodur, pik kəskin olmadı”, – deyə Tsertsvadze bəyan edir.