Tenqiz Tsertsvadze- məhdudiyyətlərin qaldırılmasını,hər şeyi edə bilmə hüququmuzun olması kimi qəbul etməməliyik, işlərimizi məhdudiyyətlərin qüvvədə olduğu müddətdə öyrəndiyimiz kimi davam etdirməliyik

Məhdudiyyətlərin aradan qaldırılması şəraitində bu günkü mövcud vəziyyəti qorusaq, onda qamətimizi düzəldərək , pandemiyanın ilk dalğasını dəf etdiyimizi deyə bilərik – bu barədə Tbilisinin YXX-nın rəhbəri, Tengiz Tsertsvadze Moambe-yə bildirib.

″Bunun üçün bir şey olduqca mühümdür və mən bütün vətəndaşlardan xahiş edirəm ki, məhdudiyyətlərin qaldırılmasını, hər şeyi edə bilmə hüququmuzun olması kimi qəbul etməyək.

Yəni məcburi ölçülərin bəziləri qaldırılıb və mərhələli şəkildə qaldırılması davam etdirilir, lakin işlərimizi məhdudiyyətlərin qüvvədə olduğu müddətdə öyrəndiyimiz kimi davam etdirməliyik-sosial məsafəni qorumalı,əllərimizi tez-tez yumalı və qapalı yerlərdə maska taxmalıyıq″-deyə Tsertsvadze bildirib. Hazırladı-Sevinc Mustafayeva