Tbilisi İnfeksiya Xəstəxanasının direktoru, Tengiz Sersvadzenin vəziyyəti sabitdir.
Tbilisi İnfeksiya Xəstəxanasının mətbuat xidmətinin məlumatına görə, ona bu gün analiz ediləcək və cavabı axşam məlum olacaq.
Klinikanın mətbuat xidmətinin rəhbəri, Giorgi Beridzenin Gürcüstanın Birinci Kanalına bəyan etdiyinə görə, Tengiz Sersvadzenin həyat yoldaşının sağlamlıq vəziyyəti nisbətən yaxşıdır. O, evdə müalicə olunur.
Xatırladaq ki, Tbilisi İnfeksiya Xəstəxanasının direktoru, Tengiz Sersvadzenin vəziyyəti dünən, xəstəliyin altıncı günündə pisləşdi. Temperaturu 38-ə qədər artdı və buna görə, klinikaya yerləşdirdilər.
İkitərəfli pnevmoniya qeydə alındı. Ona “remdesivir” antivirus medikamenti verildi.