Tengiz Sersvadze - koronavirus çox proqnozlaşdırlmayandır, ona böyük diqqətli idarə lazımdır, bu xəstəlik praktiki olaraq bütün orqanları zədələyir
Tengiz Sersvadze - koronavirus çox proqnozlaşdırlmayandır, ona böyük diqqətli idarə lazımdır, bu xəstəlik praktiki olaraq bütün orqanları zədələyir

Bir il ərzində öyrəndik ki, koronavirus çox proqnozlaşdırlmayandır, ona böyük diqqətli idarə lazımdır, – bu barədə Tbilisi İnfeksiya Xəstəxanasının direktoru, Tengiz Sersvadze pandemiyanın elan olunmasından bir ili yekunlaşdırarkən bəyan etdi.

Elə onun dediyinə görə, bu xəstəlik yalnız ağciyərlər və tənəffüs sistemlərini deyil, orqanizmin praktiki olaraq bütün orqanlarını zədələyir.

“Bu bir il ərzində bir çox şey öyrəndik. İlk növbədə öyrəndik ki, bu virus başdan hesab etdikləri kimi çıxmadı. Hesab edirdilər ki, adi respirator virusudur, qrip kimi və aşkar olundu ki, fərqli infeksiya, tamamilə fərli virusla işimiz var. Bu xəstəlik tamamilə proqnozlaşdırlmayan çıxdı, deyə bilərik ki, beş və ya on insan bunu asanlıqla keçirsin. Öyrəndik ki, koronavirus çox proqnozlaşdırlmayandır, ona böyük diqqətli idarə lazımdır.

İkincisi, artıq bilirik ki, xəstəlik yalnız ağciyərlər və tənəffüs sistemlərini deyil, orqanizmin praktiki olaraq bütün orqanlarını zədələyir. Müvafiq olartaq, bütün orqanları zədələdiyinə görə, ona xüsusi idarə lazımdır”, – Sersvadze bəyan etdi.