Tengiz Sersvadze - Gürcüstanda koronavirusun Cənubi Afrika ştammı hələ təsdiq olunmayıb
Tengiz Sersvadze - Gürcüstanda koronavirusun Cənubi Afrika ştammı hələ təsdiq olunmayıb

İnfeksiya Patologiyası və QİÇS Mərkəzinin direktoru, Tengiz Sersvadzenin bəyan etdiyinə görə, Gürcüstanda koronavirusun Britaniya ştamının üç halı təsdiq olunub. Cənubi Afrika ştammına gədikdə isə, ölkədə hələ təsdiq olunmayıb.

Tengiz Sersvadzenin Gürcüstanın Birinci Kanalına bəyan etdiyinə görə, koronavirusun yeni ştammının müalicəsi köhnəsinə bənzər olunur.

“Gürcüstanda koronavirusun Britaniya ştamının üç halı təsdiq olunub və 31 halı güman ediləndir. Bu 31 insan, həmin üç insanla kontaktda olanlardır və güman edildiyinə görə, onlar da yoluxublar. Bundan artıq hələ təsdiq olunmayıb. Britaniya ştammı və artıq mövcud olan ştammın müalicə metodunda heç bir fərq yoxdur. Gürcüstanda koronavirusun Cənubi Afrika ştammı hələ təsdiq olunmayıb”, – Tengiz Sersvadze bəyan etdi.