Tengiz Sersvadze - düşünürəm daha yaxşı olar biraz gözləyək, əgər məhdudiyyətlər götürülsə və yumuşaldısa, gərək requlasiyalara nəzarət sərtləşdirilsin, məhdudiyyətlər də nəzarət də yumuşaldılsın, alınmaz
Tengiz Sersvadze - düşünürəm daha yaxşı olar biraz gözləyək, əgər məhdudiyyətlər götürülsə və yumuşaldısa, gərək requlasiyalara nəzarət sərtləşdirilsin, məhdudiyyətlər də nəzarət də yumuşaldılsın, alınmaz

Hökumətin hansı qərarın qəbul edəcəyini bilmirən, lakin məhdudiyyətlər götürülsə və yumuşaldılsa, requlasiyalara nəzarət sərtləşdirilməlidir. Hər ikisi alınmayacaq ki, məhdudiyyətlər də nəzarət də yumuşaldılsın, – bu barədə İnfeksiya Xəstəxanasının direktoru, Tengiz Sersvadze bəyan etdi.

Onun dediyinə görə, dünyada vəziyyət gündən günə pisləşir, bunu da Gürcüstan nəzərə almalıdır.

“Avropa ölkələrində vəziyyət çox pisləşir, müəyyən rolu güman ki, daha asanlıqla yayılan yeni növ də oynayır. Müvafiq olaraq, bizdə sabitləşmə və yeni halların azalması baş verdi. Lakin dünyada bu baş verməyib. Bunu nəzərə alaraq, deyə bilmərəm ki, ayın 16-da requlasiyaların zəiflədilməsi və ya götürülməsi nə qədər düzgündür. Mən həkiməm və bu məhdudiyyətlərin götürülməsi məsələsində səlahiyyətli deyiləm. Lakin düşünürəm yaxşı olar biraz gözləyək, məsələn ayın birinə qədər və görək dinamika nə cür olacaq. Əgər indiki dinamikanı qoruyub saxlaya bilsək və ya daha da yaxşılaşdırsaq, sonra yumuşaldılma barəsində danışa bilərik. Bu mənim fikrimdir. Bilmirəm hökumət nə qərar qəbul edəcək, lakin məhdudiyyətlər götürülsə və yumuşaldılsa, requlasiyalara nəzarət sərtləşdirilməlidir. Hər ikisi alınmayacaq ki, məhdudiyyətlər də nəzarət də yumuşaldılsın”, – Sersvadze bəyan etdi.