Tengiz Sersvadze - dördüncü dalğa olacaq ya yox, ondan asılıdır ki, əhali requlasiyaları yerinə yetirəcək ya yox
Tbilisi İnfeksiya Xəstəxanasının baş direktoru, Tengiz Sersvadze bəyan edir ki, dördüncü dalğa olacaq ya yox, ondan asılıdır ki, əhali requlasiyaları yerinə yetirəcək ya yox.
Elə onun dediyinə görə, hind ştammının yayılması dördü dalğanın sürətləndirilməsinə şərait yaratması mümkündür.
“Dördüncü dalğanı avqustun sonu, sentyabrın əvvələrini deyirlər. Gürcüstan indi elə bir ölkədir ki, burada praktiki olaraq bütün requlasiya, məhdudiyyət aradan qaldırıldı, qısamüddətli komendant saatından başqa. Bu elə bir vaxtı ki, bir çox ölkədə yenə də məhdudiyyətlər qüvvədədir, lakin yavaş-yavaş yumuşaldırlar. Gürcüstan burada da qabaqcıldır, birinci yüngülləşdiməni Gürcüstan başladı. Bəli, götürək bütün məhdudiyyətləri, insanlar bezdilər, iqtisadiyyat açılmalıdır, adi həyata qayıtmalıyıq, bu lazımdır, lakin artıq olmamalıdır. Kliniki bölmə tamamilə hazırdır ki, ayrıca hallarda, hansıda bu məhdudiyyətlərin aradan qaldırılmasından sonra olacaq, elə idarə etsin ki, ölüm halları minimal olsun. Pasiyentlərin qəbulu da mükəmməl qurulub, heç bir yubanma və ya gecikmə. LIakin dördüncü dalğa olsa, bizdə ondan asılıdır əhali requlasiyaları yerinə yetirəcək ya yox. Maskalar, maskalar, maskalar. Hind ştammının yayılması dördü dalğanın sürətləndirilməsinə şərait yaratması mümkündür”, – Sersvadze bəyan etdi.