Tengiz Sersvadze bəyan edir ki, xaricdə edilən tədqiqatlarla, koronavirus insanın orqanizmində iz qoyur
Tbilisi İnfeksiya Xəstəxanasının direktoru, Tengiz Sersvadzenin bəyan etdiyinə görə, xaricdə edilən tədqiqatlarla, koronavirus müalicə olunaraq sağalan insanın orqanizmində iz qoyur.
“Xaricdə tədqiqatlar var ki, virus iz qoyur. İlk növbədə ağciyərlərdə, ola bilsin ürəkdə, qan damarlarında, beyində. Var bu cür tədqiqatlar. Yalnız ağır deyil, yüngül formada da iz qoya bilər”, – Sersvadze bəyan etdi.
Elə onun dediyinə görə, bu istiqamət üzrə tədqiqatların Gürcüstanda da keçirilməsi planlaşdırlır.
“Gürcüstanda tədqiqat planlaşdırlır, proqramın layihəsini tərtib etmişik. Bunu Səhiyyə Nazirliyi və hökumət müzakirə edir. Buna əlavə maliyyələşdirmə lazımdır. Üç aydan bir sağalan pasiyentləri dəvət edib tədqiqatlar aparaq.
Tədqiqat aparmamışıq, lakin xəşbəxtliyimizdən, koviddən sağalan pasiyentlər ağırlaşmalar ilə bizə müraciət etməyiblər. Lakin tədqiqat müəyyən etməlidir, Gürcüstanın bəxti gətirdimi?”, – Sersvadze qeyd etdi.