Tengiz Sersvadze bəyan edir ki, Gürcüstanda koronavirusa yoluxan ilk pasientlərin sağalmasını bir həftəyə gözləyirlər
İnfeksiya Xəstəxanasının direktoru, Tengiz Sersvadze bəyan edir ki, dünyada koronavirusa yoluxanların sayı sürətlə artır və artım Gürcüstanda da gözlənilir.
“Bir çox insan gözləyir ki, istilər artdıqca, qripin təqdirində olduğu kimi, virus da azalacaq. Təbiət silsiləsi baxımından əgər bu qısa müddətdə baş vermədisə və biz bu koronavirusun təbiətini bilmirik, artımı gözləyirik, çünki Çindən xaricdə, bütün dünyda virsusun sayı sürətlə artır”, – Tüngiz Sersvadze bəyan etdi.
Sersvadzenin jurnalistlərə bəyan etdiyinə görə, Gürcüstan beynəlxalq həmdostluğun üzvüdür və demokratik prinsiplərə əsasən hərəkət edir.
“Burada totalitar tədbirlərin, hansıa məcburi tədbirlərin görülməsi istisna edirilir. Artım gözlənilir, artım mütləq olacaq, lakin məqsəddir ki, yoluxanların sayı kritik səddi aşmasın”, – Sersvadze qeyd etdi.
Tengiz Sersvadze bəyan edir ki, Gürcüstanda koronavirusa yoluxan ilk pasientlərin sağalmasını bir həftəyə gözləyirlər.
Gürcüstanda bu vaxt üçün koronavirusa yoluxmanın 13 halı qeydə alınıb.