Tenqiz Şarmanaşvili - Avropa İttifaqı tərəfindən irəli sürülmüş məsələlərin viza rejiminin liberallaşdırılması ilə əlaqəsinin olmadığını sübut edəcəyik, gürcü dövləti ilə şantajla danışmağın başını buraxmalıdırlar
Tenqiz Şarmanaşvili - Avropa İttifaqı tərəfindən irəli sürülmüş məsələlərin viza rejiminin liberallaşdırılması ilə əlaqəsinin olmadığını sübut edəcəyik, gürcü dövləti ilə şantajla danışmağın başını buraxmalıdırlar

 

Gürcüstanın suverenliyinin güzəştə gedilməsini və dövlətçiliyin məhv edilməsini tələb edirlər. Onların irəli sürdükləri tələblər Avropa İttifaqına inteqrasiya üçün ilkin şərt ola bilməz – bu barədə parlament çoxluğunun üzvü Tenqiz Şarmanaşvili deyib.

Şarmanaşvili bildirib ki, Gürcüstan hakimiyyəti uydurma, şantaj məsələlərinə aldana bilməz.

“Qürurumuzun inciyəcəyi üçün yox, Gürcüstanın milli maraqları pozulacaq və onun suveren dövlət kimi mövcudluğu sual altına düşəcək. Cavabımız hüquqi və əsaslandırılmış olacaq. Onlar tərəfindən irəli sürülmüş məsələlərin viza rejiminin liberallaşdırılması ilə əlaqəsinin olmadığını sübut edəcəyik. Xahiş edirik ki, gürcü dövləti ilə şantajla danışmağın başını buraxsınlar. Bu “joker”dən istifadə edə bilməyəcəklər və dövləti bu məsələ ilə sarsıda bilməyəcəklər.
Əgər bu “joker”i də işə salsalar, əmin olacaqlar ki, Gürcüstana qarşı istifadə etdikləri bütün səylər boş yerə idi. Ümid edirəm, əyləşəcək və anlayacaqlar ki, Gürcüstanla şantaja deyil, hüquqa əsaslanan, konstruktiv münasibət qurmalıdırlar” – Tenqiz Şarmanaşvili qeyd edib.