Tengiz Şarmanashvili – Dövlət institutlarını tanıyanlara dövlət də addım atacaq; belə davam etsək, nifrəti siyasi rəqabət əvəz edəcək

12:23, 28.08.2026

Tengiz Şarmanashvili – Dövlət institutlarını tanıyanlara dövlət də addım atacaq, belə davam etsək, nifrəti siyasi rəqabət əvəz edəcək
“Bu, çox müsbət haldır. Dövlət institutlarını tanıyanlara dövlət də addım atacaq. Belə davam etsək, tədricən nifrəti siyasi rəqabət əvəz edəcək. Nifrətdən kənara çıxa bilməyənlərə münasibətdə isə dövlət də öz sözünü deyəcək”, – Gürcüstan parlamentinin Müdafiə Komitəsi sədrinin müavini Tengiz Şarmanashvili sosial şəbəkədə yazıb.
Şarmanashvili bu açıqlamanı Gürcüstan Prezidenti Mixeil Kavelaşvilinin, o cümlədən müxtəlif vaxtlarda etiraz aksiyalarında saxlanılan şəxslərin əfv edilməsi ilə bağlı verib.
Məlumat üçün bildirək ki, Mixeil Kavelaşvili Mariamoba bayramı münasibətilə 226 nəfəri əfv edib. Prezident Administrasiyasının məlumatına görə, əfv 217 məhbus və 6 qeyri-həbs cəzası alan şəxsə şamil olunub, daha 3 şəxsin isə məhkumluğu götürülüb.

Oxşar