Temur Mğebrişvilinin məlumatına əsasən, Ponicalada dağıntılar altından bu vaxt üçün üç nəfərin cəsədi çıxarılıb

19:48, 19.11.2026

 

Ponicalada dağıntılar altından bu vaxt üçün üç nəfərin cəsədi çıxarılıb. Bu barədə Fövqəladə Halların İdarə Edilməsi Xidmətinin rəisi Temur Mğebrişvili açıqlayıb.

O, üç cəsəddən ikisinin qadın, birinin isə azyaşlı olduğunu bildirib.

Mğebrişvilinin qeyd etdiyi kimi, üç nəfərin axtarış-xilasetmə işləri aparılır.

Məlumat üçün bildirək ki, bundan əvvəl xilasedicilər dağıntılar altından azyaşlı qızı çıxarıblar. İnqoroğva klinikasında bəyan etdikləri kimi, qızın səhhəti qənaətbəxşdir.

Bu gün Ponicalada qaz partlayışı yaşayış binasında dağıntıya səbəb olub. Bədbəxt hadisə nəticəsində yaralanan 4 nəfər klinikalara aparılıb, üç nəfərlə bağlı isə axtarış-xilasetmə tədbirləri davam etdirilir.

Oxşar