Temur Mğebrişvili bildirir ki, “Lilo Mall”un ərazisində yanğın lokallaşdırılıb və alovun yayılma təhlükəsi aradan qaldırılıb
Temur Mğebrişvili bildirir ki, “Lilo Mall”un ərazisində yanğın lokallaşdırılıb və alovun yayılma təhlükəsi aradan qaldırılıb

 
“Lilo Mall” ticarət mərkəzinin ərazisində bu mərhələdə alovun yayılma təhlükəsi aradan qaldırılıb – bu haqda Gürcüstanın Fövqəladə Halların İdarəedilməsi Xidmətinin rəhbəri Temur Mğebrişvili bildirib.

O, yanğın nəticəsində heç kimin xəsarət almadığını deyib.

“Birinci ekipaj dörd dəqiqəyə getdi, bu da bizə yanğının yayılmasının qarşısını almağa imkan verdi. Hazırda yanğın lokallaşdırılıb. Xoşbəxtlikdən heç kim xəsarət almayıb. Yanğının nəticələrinin aradan qaldırılması işləri aparılır. Səbəbləri haqqında danışa bilmərəm. Məişət əşyaları, eləcə də geyim və plastik yanıb. Bu mərhələdə alovun yayılma təhlükəsi aradan qaldırılıb” – Temur Mğebrişvili bildirib.

Fövqəladə Halların İdarəedilməsi Xidmətində alovun beş min kvadratmetr əraziyə yayıldığını bildiriblər.