Temur Mğebrişvili – Axtarış-xilasetmə tədbirləri fasiləsiz rejimdə davam edir, dağıntı kütləsinin çox kiçik parçalar şəklində tıxanması vəziyyəti çətinləşdirir, təkrar dağıntı təhlükəsi hələ də çağırış olaraq qalır

18:46, 19.11.2026

 

Fövqəladə Halların İdarə Edilməsi Xidmətinin rəisi Temur Mğebrişvilinin bəyanatına əsasən, partlayış nəticəsində yaşayış binasının bir hissəsinin uçduğu Ponicalada axtarış-xilasetmə tədbirləri fasiləsiz rejimdə aparılır.

Onun sözlərinə əsasən, təkrar dağıntı təhlükəsinin hələ də mövcud olması axtarış işlərini çətinləşdirir.

“Dağıntı kütləsinin çox kiçik parçalar şəklində tıxanması, dağılması vəziyyəti çətinləşdirir. Bununla yanaşı, təkrar dağıntı təhlükəsi hələ də çağırış olaraq qalır. Binanın ərazisinə müvafiq avadanlıqlar yerləşdirmişik, bu prosesləri də izləyirik, lakin hələlik əlaqəyə çıxan olmayıb. Uşağın tapıldığı yerdə, məhz həmin kvadratda bu dəqiqələrdə əlavə qüvvələrin cəlb olunması ilə ərazinin yoxlanılması gedir, ümidimizi itirmirik” – Mğebrişvili açıqlayıb.

Xatırladaq ki, bir qədər əvvəl xilasedicilər Ponicalada dağıntılar altından azyaşlı qızı çıxarıblar. Uşağı təcili yardım avtomobili ilə klinikaya aparıblar.

Ponicalada yaşayış binasında bu gün qaz partlayışı dağıntıya səbəb olub. Bədbəxt hadisə nəticəsində xəsarət alan dörd nəfər klinikalara yerləşdirilib, altı nəfərin isə axtarış-xilasetmə tədbirləri davam etdirilir.

Oxşar