Teleməktəbə" tətillər zamanı "BBC"-nin inglis dilinin öyrənilməsi proqramı əlavə olunacaq
Teleməktəbə" tətillər zamanı "BBC"-nin inglis dilinin öyrənilməsi proqramı əlavə olunacaq

13 iyundan, hər şənbə-bazar” şagirdlərə yeni imkanlar təklif edir. Gürcüstanın Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyi və Britaniya Şurasının dəstəyi ilə, beş həftə ərzində “Teleməktəbdə” “BBC”-nin inglis dilinin öyrənilməsi “Word on the Street” proqramı efirə çıxacaq.

Honkonqda, Monteneqroda, Serbiyada, Türkiyədə və sair ölkələrdə uğurla efirə buraxılan proqram, gürcü şagirdlərinə inglis dili biliyini yaxşılaşdırmağa imkanlar yaradacaq. Serial formatlı dərslər, əyləncə ilə nəql olunan epizodlardan ibarətdir və müasir britan dili ilə, şagirdlərə lüğətin zənginləşdirilməsinə və qrammatikanın daha yaxşı mənimsənilməsinə yardım edir.

Video dərslərin unikallığı ondan da ibarətdir ki, hər bir dərsin əlavə onlayn tapşırığı var. Qeyd olunanı Britaniya Şurasının onlayn resursları veb səhifəsinin müvafiq bölməsində görmək mümkündür – http://learnenglish.britishcouncil.org/en/word-street.

Gürcüstanın Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyi və Britaniya Şurasının birgə əməkdaşlığının məqsədidir ki, yeni reallığa yeni imkanlar və uğurlu əməkdaşlıqla cavab versinlər. Gürcüstanın Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyi və Britaniya Şurasını çoxillik və çoxtərəfli əməkdaşlıq əlaqələndirir. Bu da ki, pandemiya şəraitində daha da dərinləşdirildi.

Məlumatı Gürcüstanın Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyinin mətbuat xidməti yayır.