"Telegraph" - Maduronun biabırçı məğlubiyyəti Rusiyanın imicinə alçaldıcı zərbə vurdu
Maduronun biabırçı məğlubiyyəti Rusiyanın imicinə alçaldıcı zərbə vurdu – bu haqda “Telegraph” yazır.
Nəşrin köşə yazarı Samuel Ramaninin yazdığı kimi, Kremlin ritorikası onun Maduro rejimi ilə möhkəm tərəfdaşlığını əks etdirirdi.
“Bu, həmçinin Moskva üçün daha bir xoş olmayan həqiqəti ortaya qoydu. Maduronun biabırçı süqutu Rusiyanın beynəlxalq nüfuzuna və Latın Amerikasında təsir qazanmaq istəklərinə alçaldıcı zərbə vurdu” – o, yazır.
“Telegraph”ın məlumatına əsasən, Kreml tərəfdarı şərhçilər Venesueladakı rus hava hücumundan müdafiə sistemlərinin ABŞ-nin təcavüzünün qarşısını aldığı ilə öyünürdülər, lakin onların proqnozları özünü doğrultmadı.
“Bu, Rusiyanın müharibədən sonrakı dövrdə yenidən aparıcı beynəlxalq silah tədarükçüsünə çevrilmək cəhdlərini ləngidə və bir vaxtlar etibarlı silah alıcıları olmuş Hindistan kimi ölkələr üzərində Moskvanın təsirini zəiflədə bilər. Maduronun devrilməsi ilə prezident Donald Tramp Vladimer Putinə alçaldıcı zərbə vurdu. Bu, Trampın rus diktatoru Ukraynadakı müharibəni bitirməyə məcbur etmək cəhdində mühüm güc nümayişi idi” – nəşr yazır.