“Telegraph” – Böyük Britaniya və Fransa müharibəni bitirmək üçün potensial razılaşmadan sonra Ukraynaya sülhməramlılar göndərməyi müzakirə edirlər
Britaniya və Fransa Ukraynaya sülhməramlılar göndərməyi müzakirə edirlər – bu haqda məlumatı “Telegraph” yayır.
Nəşrə əsasən, Britaniyanın Baş naziri Kir Starmer və Fransanın Prezidenti Emmanuel Makron müharibəni bitirmək üçün potensial razılaşmadan sonra Britaniya və Fransa əsgərlərinin Ukraynaya sülhməramlı missiya kimi göndərilməsini nəzərdən keçirirlər.
“Telegraph” yazır ki, Fransanın Prezidenti bu yanaşmanı dəstəkləyir və bunu artıq Ukraynanın Prezidenti Volodimir Zelenski və Polşanın Baş naziri Donald Tusk ilə müzakirə edib.
Medianın məlumatına əsasən, bu təklif Kiyev və Moskva arasında sülh razılaşması tələb edən Donald Trampın təzyiqi fonunda avropalı liderlərin Ukraynanı dəstəkləməyi düşündüyü bir vaxtda ortaya çıxıb. Vaşinqton, London və Parisdə müxtəlif ssenarilər müzakirə olunur. Belə ki, ideyalardan biri demilitarizasiya olunmuş bufer zonasının yaradılması üçün Ukrayna ilə Rusiya arasında sərhəd boyunca Qərb qoşunlarının yerləşdirilməsidir.