"Telegraph" - "BBC", Trampın tənqidçilərindən birinin üzünə atəş açılmasına çağırış etməsi bəyanatı ilə tamaşaçını səhvə sürüklədiyini etiraf edib, lakin teleşirkət ictimai şəkildə üzr istəməyib
"Telegraph" - "BBC", Trampın tənqidçilərindən birinin üzünə atəş açılmasına çağırış etməsi bəyanatı ilə tamaşaçını səhvə sürüklədiyini etiraf edib, lakin teleşirkət ictimai şəkildə üzr istəməyib

 

“BBC”, Donald Trampın tənqidçilərindən birinin üzünə atəş açılmasına çağırış etməsi bəyanatı ilə tamaşaçını səhvə sürüklədiyini etiraf edib – bu haqda “The Telegraph” yazır.

Nəşrin məlumatına əsasən, “BBC News”un daxili qruplarında xəbərin işıqlandırılmasının qeyri-dəqiq olduğu, lakin ictimai şəkildə heç bir düzəliş edilmədiyi deyilib.

“The Telegraph”ın məlumatına əsasən, iş ABŞ-nin sabiq vitse-prezidenti Dik Çeyninin qızı və Donald Trampın Respublikaçı rəqibi Liz Çeyni ilə bağlı bəyanata aid olub.

Ötən ilin noyabrında, ABŞ prezident seçkilərindən bir neçə gün əvvəl, “BBC World News America”nın aparıcısı qeyd edib ki, Tramp bəyanatda “görünür, Liz Çeyninin xarici siyasət ilə əlaqəli mövqeyinə görə, ona atəş açılmasını ehtimal edirdi”.

Elə həmin axşam “Six O’Clock News” verilişində çıxışı zamanı “BBC”nin Şimali Amerika redaktoru Sara Smit, Donald Trampın “zorakı ritorikanı şiddətləndirdiyini” deyib.

“The Telegraph” qeyd edir ki, əslində Donald Tramp Liz Çeynidən müharibəyə qoşun göndərmək istəyən “radikal müharibə tərəfdarı” olaraq bəhs edib və deyib: “Gəlin onu doqquz lüləsi olan silahın qarşısına qoyaq, yaxşı? Görək silahlar onun üzünə tuşlananda necə hiss edəcək”.

Nəşrin məlumatına əsasən, daxili sənədə əsasən, “BBC News” Liz Çeyninin hekayəsini dəqiq işıqlandırmadığını etiraf edib, lakin ictimai şəkildə üzr istəməyib.