"Telegraph" - ABŞ Prezidenti Ukraynanı Çinə tətbiq edilən rüsumlardan əldə edilən gəlirdən maliyyələşdirəcək Qələbə Fondu yaratmaq istəyir
ABŞ Prezidenti Ukraynanı Çinə tətbiq edilən rüsumlardan əldə edilən gəlirdən maliyyələşdirəcək Qələbə Fondu yaratmaq istəyir. Bu haqda “Telegraph” yazır. Məlum olduğu kimi, Tramp Ukrayna Prezidentinin Vaşinqtona səfərindən əvvəl xəzinədarlıq katibi Skott Besenti bu planı avropalı həmkarlarına təqdim etməyə çağırıb.
“Ukraynalı və avropalı müttəfiqlərimiz bizi izləməyə hazır olmalıdırlar. Avropalı tərəfdaşlarımız bizə qoşulsalar, cavab verəcəyik” – Besent bildirib.
Nəşr həmçinin qeyd edir ki, bu hərəkət Trampın Ukrayna ilə bağlı mövqeyinin köklü şəkildə dəyişməsinə işarə edir.
“Telegraph” həmçinin yazır ki, müharibə katibi Pit Heqset NATO üzvü olan ölkələrin nazirləri ilə görüşdə bildirib ki, əgər Rusiya sülh danışıqlarına məhəl qoymamağa davam etsə, ABŞ Ukraynaya yalnız Amerika üçün əlçatan olan yollarla kömək etməyə hazır olacaq.
Amerika Prezidentinin strategiyası Çindən idxal edilən mallara 500 faizlik rüsumların tətbiq edilməsini, əldə olunan faydanın isə Ukrayna ordusunun silahlanmasına xərclənməsini nəzərdə tutur. Plan Rusiya Prezidenti Vladimer Putinə maksimum iqtisadi təzyiq göstərmək məqsədi daşıyır.