Telegram’ın təsisçisi Pavel Durov: Gürcüstan mühüm biznes mərkəzinə çevrilir, son beş ildə ölkə iqtisadiyyatı iki dəfə artıb və illik təxminən 8% böyüyür
“Telegram”ın təsisçisi Pavel Durov sosial şəbəkədə yazıb ki, Gürcüstan mühüm biznes mərkəzinə çevrilir. Onun sözlərinə görə, son beş ildə ölkə iqtisadiyyatı iki dəfə artıb və illik təxminən 8 faiz sürətlə böyüyür.
Durovun fikrincə, Gürcüstan hələ də turizm istiqaməti və biznes fəaliyyəti üçün cəlbedici ölkə kimi kifayət qədər qiymətləndirilməyib.
“Beynəlxalq texnologiya şirkətləri Gürcüstanda 0 faiz korporativ vergi ödəyir, dividendlər və əməkhaqqı üzrə isə yalnız 5 faiz vergi tətbiq olunur”, – deyə Durov qeyd edib.
Qeyd edək ki, Pavel Durov daha əvvəl Gürcüstanda səfərdə olub.