“Teleqraf” – Co Bayden istəyir ki, NATO-nun növbəti baş katibi Ursula fon der Leyen olsun
“Teleqraf”-ın məlumatına görə, ABŞ prezidenti Co Bayden Yens Stoltenberqin səlahiyyət müddəti başa çatdıqdan sonra Avropa Komissiyasının sədri vəzifəsini icra edən Ursula fon der Leyenin NATO-nun gələcək Baş katibi olmasını istəyir. Bu barədə məlıumatı “Teleqraf” mənbələrinə istinadən yayır.
Nəşrin məlumatına görə, Stoltenberqin dəyişdirilməsi ilə bağlı müzakirələr zamanı ABŞ prezidenti fon der Leyeni NATO-ya rəhbərlik etməyə inandırmağa çalışırdı.
Nəşrin mənbəsi xəbər verir ki, Bayden və fon der Leyen son illərdə yaxın əlaqələr qurublar ki, bu da Çin, Ukrayna və iqlimlə bağlı sıx transatlantik əlaqələri təşviq edir.
Avropa Komissiyasının sədri Ursula fon der Leyen daha əvvəl bəyan etmişdi ki, onun üçün potensial varislər siyahısında olmaq böyük şərəfdir, lakin onun spikeri qeyd etdi ki, “o, bu iş üçün hazır deyil, nə indi və nə də gələcəkdə”.
Bununla yanaşı, artıq məlumdur ki, Yens Stoltenberq NATO-nun baş katibi vəzifəsini 2024-cü il oktyabrın 1-dək tutacaq.