"Telegraf" - Boris Consonun NATO-nun baş katibi olması mümkündür
"Telegraf" - Boris Consonun NATO-nun baş katibi olması mümkündür

Boris Consonun NATO-nun baş katibi olması mümkündür. Bu barədə məlumatı “Telegraf”  yayır.

Nəşrin məlumatına görə, Britaniya Mühafizəkarlar Partiyasının yüksək vəzifəli şəxsləri NATO-nun gələcək baş katibi vəzifəsinə Boris Consonun namizədliyini dəstəklədilər. Consonun namizədliyini Müdafiə Komitəsinin üzvləri, Riçard Draks və Mark Fransua, həmçinin Britaniyanın keçmiş “Brexit” naziri Devid Cons dəstəklədi.

NATO-nun baş katibi postu gələn ilin sentyabrında vakant qalacaq. Nəşr yazır ki, Britaniyalı namizəd bu vəzifəyə “ABŞ-ın yeni AVropa İttifaqı ordusu ilə bağlı planlarını nəzərə alaraq, bu vəzifəni tutacaq hər hansı Avropa İttifaqı xadiminə etimad göstərmədiyi üçün” seçilir.

Britaniyada Consonun namizədliyinin uğurlu olacağına şübhələr yarandı, onun nəzərə alaraq ki, Fransa prezidenti, Emmanuel Makronun bu ideyaya veto qoyacaq.