Tələbələrin Maliyyələşdirilməsi Proqramına müraciətlərin qəbulu mayın 31-dək davam edəcək
Tələbələrin Maliyyələşdirilməsi Proqramına müraciətlərin qəbulu mayın 31-dək davam edəcək

 

Tələbələrin Maliyyələşdirilməsi Proqramı çərçivəsində, Tbilisi Meriyasına martın 5-dən bu günədək 1900-dən çox müraciət daxil olub, bunlardan 254 müraciət artıq təmin edilib – bu barədə paytaxtın meri Kaxa Kaladze Tbilisi Munisipalitetinin hökumətinin iclasında bildirib.

O bildirib ki, tələbələrin təhsilinin maliyyələşdirilməsi proqramı sosial cəhətdən həssas, çoxuşaqlı ailənin üzvü və məhdud imkanlı tələbələr üçün 2024-2025-ci tədris ilinin yaz semestrinin təhsil haqqının maliyyələşdirilməsini nəzərdə tutur.

“Sözügedən proqramla bağlı maraq çox böyükdür. Əlbətdə, daxil olan müraciətlərə baxılması davam edir və mərhələli şəkildə hamısı təmin ediləcək. Müraciətlərin qəbulu mayın 31-dək davam edəcək. Beləliklə, aktiv olun, müraciətlərinizi təqdim edin və munisipalitet hərtərəfli şəkildə sizə bu istiqamətdə kömək edəcək” – Tbilisinin meri bildirib.

Bununla yanaşı, Kaxa Kaladze qeyd edib ki, ali təhsil müəssisələrindən təqdim edilən məlumat əsasında, 442 uğurlu magistrant Tbilisi Meriyasının maliyyə dəstəyini alacaq, bu da gənclərin dəstəklənməsi baxımından əhəmiyyətlidir.