Tələbələrin qrant müsabiqəsinin ilkin nəticələri dərc olundu

12:33, 03.08.2026

 

Tələbələrin qrant müsabiqəsinin ilkin nəticələri artıq bəllidir. Tələbə öz nəticəsini öyrənmək üçün online.naec.ge veb-saytına daxil olmalı, müvafiq xanaya şəxsi nömrəsini və səkkizrəqəmli şifrəsini daxil etməlidir. Bu barədə məlumatı Qiymətləndirmə və İmtahanlar Milli Mərkəzi yayır.

Mərkəzin məlumatına əsasən, imtahan verən şəxs aldığı qiymətləndirmə ilə razılaşmadığı təqdirdə, Qiymətləndirmə və İmtahanlar Milli Mərkəzinə iddia ərizəsi ilə müraciət edə bilər.

Ərizələrin qəbulu avqustun 4-ü saat 10:00-da başlayacaq və avqustun 6-sı saat 18:00-dək davam edəcək. Ətraflı təlimat Qiymətləndirmə və İmtahanlar Milli Mərkəzinin rəsmi veb-saytında və “Facebook” səhifələrində dərc olunacaq.

Oxşar