Tələbə qrant müsabiqəsi üçün qeydiyyat mayın 28-də başlayacaq
Tələbə qrant müsabiqəsi üçün qeydiyyat mayın 28-də başlayacaq

 

Qiymətləndirmə və İmtahanlar Milli Mərkəzi 2026-cı ilin tələbə qrant müsabiqəsi üçün qeydiyyata mayın 28-i saat 10:00-da başlayacaq. Tələbələr iyunun 8-i saat 18:00-dək mərkəzin internet saytında (online.naec.ge) elektron qaydada qeydiyyatdan keçə biləcəklər.

Qiymətləndirmə və İmtahanlar Milli Mərkəzində qeyd etdikləri kimi, müsabiqə iştirakçısının iyunun 5-i saat 18:00-dək qrant müsabiqəsində iştirak haqqını (10 lari) ödəməsi və iyunun 8-i saat 18:00-dək qeydiyyatı tamamlaması məcburidir.

Tələbə qrant müsabiqəsi çərçivəsində bakalavr tələbələrinə dövlət qrantı əldə etmək və ya mövcud qrantlarını təkmilləşdirmək imkanı verilir.

2025-ci ilin dekabrın 17-dək ali təhsil müəssisəsinin akkreditasiya olunmuş təhsil proqramına qəbul olunmuş və tam və ya qismən dövlət təhsil qrantı qazana bilməyən tələbələr müsabiqədə iştirak etmək hüququna malikdirlər.

Əgər tələbə müsabiqə nəticəsində maliyyələşməsini yaxşılaşdıra bilməsə, onun əvvəllər qazandığı qrant qüvvədə qalır və o, gələcəkdə də tələbə qrant müsabiqəsində qeydiyyatdan keçə bilər.

“Qiymətləndirmə və İmtahanlar Milli Mərkəzi tələbələri müsabiqədə iştirakın zəruri şərtləri ilə diqqətlə tanış olmağa və qeydiyyatı müəyyən edilmiş müddətdə tamamlamağa çağırır.

Tələbə qrant müsabiqəsi haqqında ətraflı məlumat Qiymətləndirmə və İmtahanlar Milli Mərkəzinin internet saytında və sosial şəbəkədə dərc olunacaq” — İmtahanlar Milli Mərkəzində bildirirlər.