Telavidə təbii fəlakət nəticəsində zərər görmüş infrastrukturun bərpası işləri aparılır

13:22, 15.07.2026

Kaxetidə yağan güclü yağışlar nəticəsində daşan Telaviskhevi çayı meliorasiya infrastrukturuna ziyan vurub. Təbii fəlakət nəticəsində Maçantris dükeri və Telavi ərazisindən keçən Yuxarı Alazan magistral kanalının bir neçə hissəsi zədələnib.

Hazırda bərpa işləri intensiv şəkildə davam etdirilir. İşlərin gedişini “Gürcüstan Meliorasiyası” MMC-nin baş direktoru Qiqla Tamazaşvili yerindəcə tanış olub.

Hazırda Yuxarı Alazan magistral kanalı sel nəticəsində gətirilmiş daş, çınqıl və çöküntü torpaqdan təmizlənir. Əraziyə müvafiq texnika cəlb olunub. Məqsəd meliorasiya infrastrukturunu qısa müddətdə bərpa etmək və suvarma sisteminin fasiləsiz fəaliyyətini təmin etməkdir.

Məlumatı Gürcüstan Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidməti yayıb.

Oxşar