Telavidə 4 mənzildən oğurluq faktı üzrə bir nəfər saxlanılıb
Telavidə 4 mənzildən oğurluq faktı üzrə bir nəfər saxlanılıb

Gürcüstan Daxili İşlər Nazirliyinin Kaxeti Polis Departamentinin Telavi bölgə şöbəsinin əməkdaşları həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri və istintaq hərəkətləri nəticəsində 1982-ci il təvəllüdlü Ş.C. oğurluq ittiham ilə saxlayıblar.

“İstintaq zamanı təqsirləndirilən şəxsin müxtəlif vaxtlarda Telavi şəhərində 4 mənzilə qanunsuz daxil olaraq oradan qiymətli əşyalar və pul oğurladığı  müəyyən edilib. İş üzrə aparılmış istintaq-əməliyyat tədbirləri nəticəsində polis Ş.C. təqsirləndirilən şəxs qismində saxlayıb”, – deyə Daxili İşlər Nazirliyində bildirilib.

Hüquq-mühafizə orqanlarının əməkdaşları mənzillərdən oğurlanmış əşyaları maddi sübut kimi götürüblər.

İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 177-ci maddəsinin 3-cü hissəsinin “c” bəndinə əsasən aparılır, bu da mənzilə qanunsuz daxil olmaqla oğurluqdan bəhs edir. Cinayət dörd ildən yeddi ilədək həbs cəzasını nəzərdə tutur.