Telavidə dörd mənzildən oğurluq faktı üzrə bir nəfər saxlanılıb
Telavidə dörd mənzildən oğurluq faktı üzrə bir nəfər saxlanılıb

Gürcüstan Daxili İşlər Nazirliyinin Kaxeti Polis Departamentinin Telavi bölgə şöbəsinin əməkdaşları həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri və istintaq hərəkətləri nəticəsində 1982-ci il təvəllüdlü Ş.C.-nı oğurluq ittiham ilə saxlayıblar.

“İstintaq zamanı təqsirləndirilən şəxsin müxtəlif vaxtlarda Telavi şəhərində 4 mənzilə qanunsuz daxil olaraq oradan qiymətli əşyalar və pul oğurladığı  müəyyən edilib. İş üzrə aparılmış istintaq-əməliyyat tədbirləri nəticəsində polis Ş.C.-nı təqsirləndirilən şəxs qismində saxlayıb”, – deyə Daxili İşlər Nazirliyində bildirilib.

Hüquq-mühafizə orqanlarının əməkdaşları mənzillərdən oğurlanmış əşyaları maddi sübut kimi götürüblər.

İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 177-ci maddəsinin 3-cü hissəsinin “c” bəndinə əsasən aparılır, bu da mənzilə qanunsuz daxil olmaqla oğurluqdan bəhs edir. Cinayət dörd ildən yeddi ilədək həbs cəzasını nəzərdə tutur.