Təl-Əvivdə hökumət əleyhinə keçirilən növbəti aksiya polislə qarşıdurmaya çevrilib
Təl-Əvivdə minlərlə insanın iştirak etdiyi hökumət əleyhinə keçirilən növbəti aksiya polislə qarşıdurmaya çevrilib. Bu barədə İsrail mediası yazır.
Aksiya iştirakçıları küçələri bağlamağa başlayıblar, bundan sonra polis bir neçə nümayişçini saxlayıb. Hüquq-mühafizə orqanları bu vaxta qədər aksiyada toplaşanları dağıtmağa çalışır.
Aksiya Qüdsdə də keçirilir. Benyamin Netanyahunun iqamətgahı yaxınlığında toplaşanlar girovların dərhal azad edilməsini tələb edirlər.