Təl-Əviv və İsrailin digər şəhərlərində məhkəmə islahatına qarşı minlərlə insanın etiraz aksiyası keçirildi

13:01, 16.04.2023

Tel-Əviv və İsrailin digər  şəhərlərində hökumət tərəfindən təhrik olunmuş məhkəmə islahatına qarşı on minlərlə insan çıxdı. Məlumatı “Reuters” agentliyi yayır.

İslahatın əleyhdarları bəyan edirlər ki, qanunvericilik dəyişiklikləri demokratiyaya zərər verəcək və hökumətin səlahiyyətlərinə nəzarəti zəiflədəcək. Dəyişikliklərə qarşı ölkədə artıq 15 həftədir ki, nümayişlər keçirilir.

Martın sonunda İsrailin baş naziri mübahisəli məhkəmə-hüquq islahatının müzakirəsini Parlamentin may ayına planlaşdırılan növbəti iclasına qədər təxirə saldı. Benyamin Netanyahunun bəyan etdiyinə görə, hökumət daha geniş konsensusa nail olmaq istəyinə görə islahatları təxirə salmaq qərarına gəldi.

Təhrik edilmiş islahat Knessetin fevral ayında birinci oxunuşda qəbul etdiyi Ali Məhkəmənin hökumətin qəbul etdiyi qanunları dayandırmaq səlahiyyətini məhdudlaşdırır. Eləcə də, hakimlərin seçilməsi prosesində hökumətin slahiyyətini artırır.

Oxşar