Təl-Əviv və Qüdsdə hökumət əleyhinə növbəti aksiyalar keçirilir
Təl-Əvivdə keçirilən etiraz aksiyasında polis nümayişçiləri dağıtmaq üçün su şırnaqlarından istifadə edib.
Aksiya iştirakçıları girovların azad edilməsi və erkən seçki tələbi ilə magistral yolu bağlayıblar. Bununla yanaşı, aksiya iştirakçıları İsrailin baş naziri Benyamin Netanyahunun istefasını tələb edirlər.
Aksiya iştirakçıları ilə polis arasında qarşıdurma baş verib, ən azı bir aksiya iştirakçısı saxlanılıb.
Aksiya iştirakçılarının magistral yolu bağladığı Qüdsdə də etiraz aksiyası keçirilir.