Texasda daşqın nəticəsində həlak olanların sayı 82-yə qədər artıb
Texasda daşqın nəticəsində həlak olanların sayı 82-yə qədər artıb

 

Texasda daşqın nəticəsində həlak olanların sayı artır. Son məlumatlara əsasən, təbii fəlakət nəticəsində 28-i uşaq olmaqla 82 nəfər həyatını itirib.

Keri vilayətində Qvadalupe çayının sahilində salınmış xristian yay düşərgəsindən 11 yeniyetmə və düşərgənin rəhbəri hələ də itkin düşmüş hesab olunur.

Texasın qubernatoru sakinlərə fəlakətin təkrarlanma riskinin hələ də olması barədə xəbərdarlıq edir və Keri vilayətində yerləşən Hantın sakinlərini hündür yerlərə getməyə çağırır.

Xatırladaq ki, Texasda güclü daşqın cümə günü baş verib. Fəlakət nəticəsində ən çox Keri vilayəti zərər görüb.