Texasda daşqın nəticəsində azı 109 nəfər həlak olub, 161 nəfər isə itkin düşmüş hesab olunur
Texasda daşqın nəticəsində azı 109 nəfər həlak olub, 161 nəfər isə itkin düşmüş hesab olunur

 

Texasın qraflıqlarından birində daşqın nəticəsində azı 161 nəfər itkin düşüb. Bu barədə Texasın qubernatoru Qreq Ebbot deyib.

Keri qraflığında itkin düşənlər arasında qızların yay düşərgəsində istirahət edən 5 nəfər və bir administrasiya nümayəndəsi var.

Daşqın nəticəsində Texasda azı 109 nəfər həlak olub, onlardan 94-ü Kervil rayonunda. Təbii fəlakət zonasında axtarış-xilasetmə işləri yenə də davam edir.

Qreq Ebbot bildirir ki, bütün itkin düşənlər tapılana qədər təcili yardım xidmətləri öz səyini dayandırmayacaq. Bununla yanaşı, o, yaxın günlərdə itkin düşənlərin siyahısının artacağını istisna etmir.

Axtarış işlərinə helikopterlər və dronlar cəlb olunub. Daşqın Nyu Meksiko ştatına da zərər vurub.