Texas ştatında qızılcanın yayılması nəticəsində iki uşaq vəfat edib, daha yüzlərlə yoluxma halı qeydə alınıb

11:48, 07.04.2025

 

ABŞ-da Texas ştatında qızılcanın yayılması nəticəsində iki uşaq vəfat edib. Daha yüzlərlə yoluxma halı qeydə alınıb. “Associated Press”in xəbər verdiyi üzrə, aprelin 6-da Texas ştatında qızılcadan uşaqlar arasında ikinci ölüm halı qeydə alınıb. İnfeksionistlərin verdiyi məlumata əsasən, məktəbli şagirddə infeksion xəstəlik şiddətlənib. Eyni zamanda, uşağın heç bir başqa xroniki xəstəliyi olmayıb və o, peyvənd olunmayıbmış.

Texas ştatında yanvarın sonunda qızılca ilə bağlı epidemioloji partlayış qeydə alınıb. Fevral ayında isə qızılca səbəbindən yetkinlik yaşına çatmamış bir nəfər vəfat etdi. Bu, son on il ərzində ABŞ-da qeydə alınan ilk belə hal idi. Mart ayında infeksion xəstəlikdən ölüm halı həmçinin Texasın qonşusu olan Nyu Meksiko ştatında da qeydə alınıb.

Hadisədən sonra ABŞ-nin səhiyyə katibi Robert Frensis Kennedi sosial şəbəkələr vasitəsilə vətəndaşlara müraciət edib və bildirib ki, yoluxucu xəstəliyin yayılmasının qarşısını almağın ən yaxşı yolu peyvənddir.

Kennedinin verdiyi məlumata əsasən, 22 ştatda qızılcaya 622 yoluxma halı qeydə alınıb, onlardan 499-u Texasdadır.

ABŞ Prezidenti Donald Tramp qızılcaya yoluxanların sayının çox olmadığını bildirib və əhaliyə vəziyyətin pisləşəcəyi təqdirdə hakimiyyətin müvafiq tədbirlər görəcəyinə dair söz verib.

Oxşar