Təhsilin Keyfiyyətinin İnkişafı üzrə Milli Mərkəzin EQAR-da qeydiyyatı bərpa olunub
Ali Təhsilin Keyfiyyətinin İnkişafı üzrə Müstəqil Agentliklərin Avropa Reyestrinin (EQAR) Qeydiyyat Komitəsinin 2026-cı ilin 22 sentyabr tarixli qərarı ilə Təhsilin Keyfiyyətinin İnkişafı üzrə Milli Mərkəzin EQAR-da qeydiyyatı bərpa olunub. Bu barədə məlumatı Təhsil Nazirliyi yayır.
Qurumun məlumatında, EQAR-ın Qeydiyyat Komitəsinin qərarının Ali Təhsilin Keyfiyyətinin Təminatı üzrə Avropa Assosiasiyasının (ENQA) qiymətləndirmə nəticələrinə əsaslandığı deyilir.
Qiymətləndirmə çərçivəsində ENQA-nın beynəlxalq ekspertləri 2024-2025-ci illərdə ali təhsilin keyfiyyətinin təmin edilməsi istiqamətində həyata keçirilmiş mühüm dəyişiklikləri dərindən öyrəniblər.
ENQA-nın beynəlxalq ekspertlərinin qiymətləndirməsi əsasında, EQAR-ın Qeydiyyat Komitəsinin qərarı ilə Təhsilin Keyfiyyətinin İnkişafı üzrə Milli Mərkəzin fəaliyyətinin və Gürcüstanda fəaliyyət göstərən ali təhsilin keyfiyyətinin təminatı mexanizmlərinin Avropa Ali Təhsil Məkanının keyfiyyətin təminatı standartlarına və rəhbər prinsiplərinə (ESG 2015) tam uyğun olduğu təsdiqlənib.