Təhsil Nazirliyinin qarşısında etiraz aksiyası keçirilir
Təhsil Nazirliyinin qarşısında etiraz aksiyası keçirilir

Gürcüstanın Təhsil Nazirliyinin qarşısında etiraz aksiyası keçirilir.

Aksiyada İlya Dövlət Universitetinin tələbələri və professor-müəllim heyəti iştirak edir.

Toplananlar Gürcüstan hökumətinin qərarını etiraz edirlər, qərara görə İlya Dövlət Universitetinə qəbul yalnız pedaqogika proqramları və ABET akkreditasiya olan STEM ixtisasları üzrə elan ediləcək.

İlya Dövlət Universitetinin Elm və İncəsənət fakültəsinin dekanı, dosent Nino Mataradze bildirir ki, kvotaların bölünməsi qərarı universitetin tam funksionallığının dayandırılmasını nəzərdə tutur.

“Bizim üçün bu qərar və elan edilmiş dəyişikliklər qəbuledilməzdir. Təkrar edirəm, universitetlə heç bir dəyişiklik əvvəlcədən razılaşdırılmamış və müzakirə edilməmişdi. Bu isə bizə imkan verir deməyə ki, bu reforma akademik heyət, tələbələr və təhsil ekspertlərinin iştirakı ilə hazırlanmayıb. Bu son qərar, hansı ki, dünən eşitdik, əslində İlya Dövlət Universitetinin tam funksionallığının dayandırılmasını nəzərdə tutur. Belə proqramları müstəqil həyata keçirmək mümkün deyil ki, qonşu fənnlərlə əməkdaşlıq imkanımız olmasın, əvvəllər istifadə etdiyimiz tədqiqat və digər tədris resurslarından istifadə edə bilməyək. Məhz bu, universitetimizin üstün cəhətlərindən biridir ki, interdisiplinar və multidisiplinar tədqiqat imkanları təqdim edir.

Biz düşünürük ki, bütün hüquqi vasitələrdən istifadə edək. Biz görüş tələb edirik və suallara cavab tələb edirik. Ona görə də planlaşdırırıq ki, universitetin avtonomluğunu qorumaq üçün bütün hüquqi imkanlardan istifadə edək, hansı ki, indi böyük təhlükə altındadır. Akademik heyətin əhəmiyyətli hissəsi görüşün lazım olduğunu və indiyədək cavab almadığımız suallara cavab verilməsini istəyir”, – Mataradze qeyd edib.