Təhsil Nazirliyi Tbilisi Dövlət Universitetinin nümayəndələri ilə görüş haqqında rəsmi məlumat yayır
Gürcüstanın təhsil, elm və gənclik nazirinin müavini Zviad Qabisonia İvane Cavaxişvili adına Tbilisi Dövlət Universitetinin nümayəndələri ilə işgüzar görüş keçirib.
Nazirin müavini görüşün iştirakçıları ilə birlikdə Tbilisi Dövlət Universiteti və Gürcüstan Texniki Universitetinin birləşdirilməsi məsələsini müzakirə edib.
Nazirliyin məlumatına əsasən, görüş sual-cavab rejimində keçirilib və iştirakçılar onları maraqlandıran suallara cavablar almaq və öz fikirlərini qeyd etmək imkanı əldə ediblər.
Zviad Qabisonianın bəyanatına əsasən təhsil, elm və gənclik naziri Qivi Mikanadze ilə hər iki universitetin nümayəndələrinin iştirak etmək imkanı əldə edəcəyi işgüzar görüş keçiriləcək. Nazir müavininin qeyd etdiyi kimi, görüş çərçivəsində Tbilisi Dövlət Universiteti və Gürcüstan Texniki Universitetinin birləşdirilməsi ilə bağlı əlavə məsləhətləşmələr baş tutacaq.