Təhsil Nazirliyi - məktəblərdə koronavirusun yayılması göstəricisi yenə də sabitdir
Təhsil Nazirliyi - məktəblərdə koronavirusun yayılması göstəricisi yenə də sabitdir

Təhsil Nazirliyinin məlumatına görə, ötən həftənin məlumatına əsasən, bütün Gürcüstanda distansiyalı təhsil alan məktəblərin sayı azaldı. Son yeddi günün göstəricilərinə görə, distansiyalı təhsil üçün 108 məktəb və 369 ayrıca sinif fəaliyyət göstərir.

İdarəsə bəyan etdiklərinə görə, bütün Gürcüstanda distansiyalı təhsildə 115 risk qrupu müəllimi var, bu da ötən həftənin göstəricilərilə müqayisədə hiss olunacaq dərəcədə azalıb. Bununla yanaşı, son yeddi gündə müəllimlərin 0,8 faizində və tələbələrin 0,3 faizində koronavirusa yoluxma halı təsdiq olundu.

“Bu mərhələdə müəllimlərin və məktəb rəhbərliyinin nümayəndələrinin 71%-i peyvənd olunub.

Gürcüstanın Təhsil və Elm Nazirliyi məktəblərdə Covid-19 virusunun qarşısının alınması üçün müxtəlif istiqamətlərdə fəal iş aparır. Müəllimlər də Covid-19 ilə bağlı intensiv testi keçirilir.

Məktəblərdə səhiyyə sahəsində rekomendasiyalara maksimum müdafiə edilir və təhlükəsiz mühit yaradılır. Bu prosesə tədris resurs mərkəzlərinin və nazirliyin nümayəndələri monitorinq edirlər”, – Təhsil Nazirliyindən bəyan edirlər.