Təhsil Nazirliyi məktəblərdə Çin dilinin tədrisi ilə bağlı bəyanat yayır
Təhsil Nazirliyi məktəblərdə Çin dilinin tədrisi ilə bağlı bəyanat yayır

 

 

Bizim məqsədimiz şagirdlərə rəngarəng seçim təklif etmək və gürcü dili biliyinin gücləndirilməsi ilə paralel olaraq, yeniyetmələrdə ən azı iki xarici dildə ünsiyyət bacarığının inkişafına dəstək olmaqdır – bu barədə Təhsil Nazirliyinin məktəblərdə Çin dilinin tədrisi ilə bağlı bəyanatında deyilir.

Nazirlik tərəfindən yayılmış bəyanatda qeyd edildiyi kimi, məktəb şagirdə seçim üçün ən azı iki xarici dil təklif etməyə borcludur.

“İctimaiyyəti məlumatlandırmaq məqsədilə nəzərinizə çatdırırıq ki, Milli Tədris Planına əsasən, bütün şagirdlər üçün məcburi olan və I sinifdən XII sinif də daxil olmaqla tədris olunan birinci xarici dil ingilis dilidir. İkinci xarici dilin tədrisi V sinifdən başlayır və bu, şagirdin/valideynin öz istəyi ilə seçdiyi istənilən dil ola bilər. Məktəb şagirdə seçim üçün ən azı iki xarici dil təklif etməyə borcludur. Hazırda məktəb şagirdlərinin fransız, alman, italyan, türk və digər dilləri seçmək imkanı var. İstənilən dilin tədrisi halında, nazirlik müvafiq şəkildə hazırlaşmağa məcburdur – proqramları təsdiq etməli, dərsliklər hazırlamalı, müəllimləri yenidən-hazırlanmadan keçirməli və tədris prosesinin standarta uyğun şəkildə həyata keçirilməsini təmin etməlidir. Bu mərhələdə Çin dili əlavə xidmət şəklində 15 məktəbdə tədris olunur. Bu dilin öyrənilməsinə tələbatın artması səbəbindən, Tbilisi Dövlət Universitetinin Sinologiya kafedrası ilə əməkdaşlıqla müvafiq standartın yaradılması üzərində işə başlanacaq. Bizim məqsədimiz şagirdlərə rəngarəng seçim təklif etmək və gürcü dili biliyinin gücləndirilməsi ilə paralel olaraq, yeniyetmələrdə ən azı iki xarici dildə ünsiyyət bacarığının inkişafına dəstək olmaqdır” – bəyanatda deyilir.