Təhsil Nazirliyi ictimai məktəblərin ibtidai sinif şagirdləri üçün məktəbli formalarını MMC “Glory Textile Industries”dən satın alacaq
Təhsil, Elm və Gənclik Nazirliyinin MMC “Təhsil Resursları” şirkəti 2026–2027-ci tədris ili üçün ictimai məktəblərin ibtidai sinif şagirdləri üçün məktəbli formalarını MMC “Glory Textile Industries”dən satın alacaq.
Məlumatı Gürcüstanın Təhsil, Elm və Gənclik Nazirliyi yayır.
Onların məlumatına əsasən, şirkətlə bağlanan müqavilə 1 801 000 ədəd məktəbli formasının tikilməsini nəzərdə tutur.
“Glory Textile Industries” şirkətinin tikiş fabriki Çin Xalq Respublikasında yerləşir. Məktəblərə formaların çatdırılması prosesi üç mərhələdə həyata keçiriləcək və bütün mərhələlər qanunvericiliyin tələblərinə tam əməl olunmaqla və şəffaflıq prinsiplərinə müvafiq şəkildə idarə ediləcək.
2026-2027-ci tədris ilindən etibarən ibtidai sinif şagirdləri üçün məktəbli forması geyinmək məcburi olur, bu da məktəblərdə daha bərabərhüquqlu, sağlam və nizam-intizamlı tədris mühitinin yaradılmasına, eləcə də şagirdlər arasındakı sosial fərqlərin azaldılmasına kömək edəcək.
Yeni tədris ili üçün məktəbli formalarının vaxtında təmin edilməsi məqsədilə, Gürcüstan hökumətinin sərəncamı ilə MMC “Təhsil Resursları”na məktəbli formalarını sadələşdirilmiş qaydada satın almaq səlahiyyəti verilib” – Gürcüstanın Təhsil, Elm və Gənclik Nazirliyinin məlumatında deyilir.